Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri

Haqqında

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş

Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri

Respublika konfransı 

24 oktyabr 2019-cu il

Son zamanlar dünyada gedən bir sıra siyasi, iqtisadi, sosial proseslər hər bir ölkənin qarşısına konkret inkişaf strategiyaları seçmək və onları həyata keçirmək mexanizmlərini işləyib hazırlamaq kimi tələblər qoyur. Bundan çıxış edərək Azərbaycan dövləti ölkə iqtisadiyyatına baxış bucağını dəyişmək, xammal iqtisadiyyatından yeni, müasir texnologiyalara əsaslanan iqtisadi münasibətlər sisteminə keçmək strategiyasını qəbul edib. Bu strategiyanın tətbiqi son nəticədə ölkəmizin davamlı iqtisadi və sosial inkişafına səbəb olmalı, Azərbaycan xalqının maddi rifahının yüksəldilməsinə gətirib çıxarmalıdır.

Bütün bunların reallaşmasına ölkənin elmi potensialının da cəlb olunması zəruridir. Çünki müasir şəraitdə qəbul edilən hər bir qərar elmi olaraq əsaslandırılmalı, ən müasir texnologiyaların tətbiqi ilə reallaşdırılmalıdır. Bütün bunları nəzərə alaraq Azərbaycan Universiteti  oktyabr ayında “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika konfransı keçirməyi planlaşdırır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan konfransa bir sıra tanınmış xarici mütəxəssisin də dəvət edilməsi, davamlı inkişaf strategiyalarının müzakirəsi, bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin araşdırılması və uyğun təkliflərin hazırlanması nəzərdə tutulur.

Təşkilat komitəsi

Sədr 

  • Səadət Əliyeva, Azərbaycan Universiteti, rektor

Üzvlər

  • Yusif Qasımov, Azərbaycan Universiteti
  • Nüşabə Quliyeva, Azərbaycan Universiteti
  • Əli Həsənov, Azərbaycan Universiteti
  • Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti
  • Asif Paşayev, Azərbaycan Universiteti
  • Səfər Məmmədov, Azərbaycan Universiteti
  • Qabil Əliyev, Azərbaycan Universiteti
  • Aygün Musayeva, Azərbaycan Universiteti
  • Ülviyyə Rəhimova, Azərbaycan Universiteti
  • Samirə Məmmədova, Azərbaycan Universiteti
  • Asif Hacıyev, Azərbaycan Universiteti
  • Mayis Əliyev, Azərbaycan Universiteti
  • Aqil Xanməmmədov, Azərbaycan Universiteti
  • Bəhrəm Əzizov, Azərbaycan Universiteti
  • Nəriman Böyükkişi, Azərbaycan Universiteti 

 

Elmi istiqamətlər

  • Qloballaşma və makroiqtisadi inkişaf
  • Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri
  • İnnovativ və rəqəmsal iqtisadiyyat
  • İstehsalın iqtisadiyyatı
  • Davamlı inkişafda qeyri-səlis məntiqin tətbiqi
  • Humanitar problemlərin həllində İKT-nin rolu
  • Həyat fəaliyyətinin müxtəlif sahələrinin sosial inkişafı
  • Sosial siyasət
  • Dil və ədəbiyyat
  • İctimai elmlər

Mühüm tarixlər

  • Məqalələrin göndərilməsi üçün son  tarix: 27 sentyabr 2019-cu il
  • Məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 4 oktyabr 2019-cu il

Müəlliflər üçün təlimatlar

Konfransın işçi dilləri – azərbaycan, rus, ingilis

Məqalələrin tərtibi qaydaları

  • Həcm 3 səhifəyə qədər, format A4, şrift  Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır. 
  • Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Əgər material rus və ya ingilis dilində təqdim edilirsə məqalənin sonunda azərbaycan dilində xülasə əlavə olunmalıdır.

Məqalənin strukturu

  • Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
  • Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
  • Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
  • Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 14).

Qeydiyyat

  • Konfransa qeydiyyat haqqı 30 manatdır.

Keçirilmə yeri və əlaqə

Azərbaycan Universiteti
Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71 
Bakı şəhəri, Azərbaycan Respublikası AZ1007
E-poçt: sd@au.edu.az
Tel: (+99412) 431 41 12/13/16/17 (daxili 160)