ELANLAR
İtaliyanın Sapienza Universitetinə müəllim – tələbə mübadiləsi üçün sənəd qəbulu elan edilir
29
01
İtalyada mübadilə proqramında iştirak etmək istəyən müəllim və tələbə heyətinin nəzərinə!
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramı çərçivəsində İtaliyanın Sapienza Universitetinə tələbə və müəllim mübadiləsi üçün sənəd qəbulu elan edir.
2026/2027-ci tədris ilinin payız semestrində İtaliyanın Sapienza Universitetində tədris prosesində iştirak etmək istəyən müəllim və tələbələr üçün şərtlər:
Müəllimlər üçün tələb olunan sənədlər
- CV
- Pasport
- Motivasiya məktubu
- Çap olunmuş elmi əsərlərin siyahısı
- Sapienza Universitetinin bir professoru tərəfindən imzalanmış dəvət məktubu
Tələbələr üçün şərtlər
- İngilis dili bilikləri minimum B2 səviyyəsində,
- GPA balı minimum 2,5 olmalıdır.
- İxtisas üzrə uyğunluq tələb olunur.
Mübadilə proqramı iştirakçıların gediş və gündəlik xərclərini qarşılayır.
Mübadilə proqramında iştirak etmək istəyən iştirakçıların seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə müsabiqə əsasında aparılacaqdır.
Mübadilə proqramında iştirak etmək istəyən müəllimlər sənədlərini elmira.ismayilova@au.edu.az, sevlan.gurbanova@au.edu.az elektron poçt ünvanlarına göndərə bilərlər. Tələbələr transkriptlərini (ortalama balı 75-dən yuxarı olmaqla) Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.
Proqrama müraciət üçün son tarix 20 fevral 2026-cı ildir.
Ətraflı məlumat və müraciət üçün Beynəlxalq əlaqələr şöbəsi ilə əlaqə saxlanılması xahiş olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi