ELANLAR

e-telebe.edu.az elektron portalı 19 may 2021-ci il tarixindən aktivləşəcək

16
05

Tələbələrimizin nəzərinə!

Ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarimili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.  Bununla əlaqədar olaraq Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulunu 19 may 2021-ci il tarixindən aktivləşdirəcək. 

2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarimili) təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsilə bağlı  https://e-telebe.edu.az elektron portalına müracət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri (yarimili) üçün sistemdəki müraciətləri əsas götürülərək statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək. 

Sistemə müraciət etməyən və bu statusu yeni əldə edən tələbələr  https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müracət etməlidirlər. Müraciətlərin qəbulu isə iyun ayının 7-dək aktiv olacaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.05.2021