ELANLAR

“Qarabağın abidələri” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsi elan olunur

18
10

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən “Qarabağın ermənilər tərəfindən dağıdılmış tarix-memarlıq abidələri” mövzusunda ən yaxşı təqdimat müsabiqəsi elan olunur. “Şuşa ili”nə həsr olunan müsabiqədə bütün fakültə və ixtisaslar üzrə tələbələrimiz iştirak edə bilərlər.

Tələbələr hazırladıqları təqdimatı özləri haqqında məlumatla birlikdə (ad, soyad, ata adı, ixtisas, kurs) 10 noyabr 2022-ci il tarixinədək Mahammad.Behbudov@student.au.edu.az elektron poçtuna göndərə bilərlər.

Təqdimatlar PowerPoint proqramında hazırlanmalı və slaydların sayı 15-20 aralığında olmalıdır. Hər tələbə müsabiqədə yalnız 1 təqdimatla iştirak edə bilər.

Təqdimatların seçimi 15-20 noyabr tarixləri arasında münsiflər heyəti (Asif Paşayev,  Rəşad Məstəliyev, Nurdan Ağayeva,  Amin Səmədov, Gündüz Mirzəbəyli) tərəfindən aparılacaq, qalib və fərqlənənlər müəyyənləşdiriləcək.

Mükafatlandırma mərasimi dekabr ayında keçiriləcək. I, II və III yerlərin qalibləri və fərqlənənlər diplomla  mükafatlandırılacaqlar.

Müsabiqənin keçirilməsində məqsəd milli mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin tarixinin, işğal dövründə ermənilər tərəfindən dağıdılmış tarix-memarlıq abidələrinin  araşdırılmasının təmin edilməsidir.

Müsabiqə 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planına uyğun olaraq təşkil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi