ELANLAR

“Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” fənninə qeydiyyat başlayıb

03
11

Tələbələrimizin nəzərinə!

“Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” fənninə qeydiyyat davam edir. Zoom platforması üzərindən məsafədən təşkil olunan dərslərdə iştirak etmək istəyənlər qeydiyyat üçün aşağıdakı keçiddən istifadə edə bilərlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeeDnuB8cyLZBdJ3oj82_CVybV0Z1HntELho-Q6ReZoV4MuHQ/viewform?pli=1

Fənn, “Türk Dünyası Rəqəmsal Vətəndaşlıq Layihəsi” çərçivəsində seçməli olaraq tədris olunur. 2023/2024-cü tədris ilinin payız semestrinin dərsləri “Türk əsrinə doğru addım - addım: Azərbaycan və ulu öndər” mövzusunda olacaq. Semestrin 1-ci dərsində tələbələr  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin “Türk Dünyasında Heydər Əliyev” mövzusunda mühazirəsinə qulaq asıblar. 

Dərs cədvəli ilə tanış olmaq üçün layihənin səhifəsini (https://www.tudva.org/) ziyarət edə bilərsiniz. 

Türk Dünyasının könüllülük əsasına dayanan ən böyük sosial-mədəni layihəsinin məqsədi Türk dünyası vətəndaşlarının bir-birlərini daha yaxından tanımaları, tələbələrin türk dünyasının görkəmli elm xadimlərinin bilik və təcrübələrindən faydalanmalarının təmin edilməsdir. Fənn çərçivəsində iştirakçılara Türk Dünyasının problemləri haqqında layihələr hazırlamaları təklif olunur. Qaydalara görə, tələbələr “Türk Dünyası pasportu”na sahib olur və yüksək nəticə əldə edənlər elm düşərgələrinə göndərilir. 

Layihənin müəllifləri professor Erdal Bay və dosent Oktay Özgüldür. Qırğızıstan –Türkiyə Manas Universiteti və Türkiyənin Qaziantep Universitetinin koordinatorluğunda həyata keçirilən layihəyə Azərbaycan Universiteti 2021-ci ildə qoşulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.11.2023