Kafedra 1991-ci ildə yaradılmış, müxtəlif illərdə Dillər, Xarici dillər 1, Xarici dillər 2 kimi adlar altında fəaliyyət göstərmişdir. 2017-ci ildə aparılmış struktur dəyişikliyi ilə Xarici dillər kafedrası adı ilə yenidən təşkil olunmuşdur. 2022-ci ildə isə yenidən struktur dəyişikliyi həyata keçirilmiş, kafedranın bazasında İngilis filologiyası və tərcümə və Xarici dillər olmaqla 2 yeni kafedra yaradılmışdır.
Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarına qəbul olmuş tələbələrin dil hazırlığı Xarici dillər kafedrası tərəfindən aparılır. Qeyri-ixtisas qruplarında xarici dillərin tədrisinin aparılması da kafedraya həvalə olunmuşdur.