XƏBƏRLƏR

106 tələbə bu gün pedaqoji təcrübəyə başlayıb

106 tələbə bu gün pedaqoji təcrübəyə başlayıb

09 fevral 2017

Baxış sayı: 5604

Azərbaycan Universitetinin bakalavriat pilləsində təhsil alan IV kurs tələbələrinin pedaqoji təcrübəsinə bu gündən start verilib.   

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Tarix müəllimliyi, Xarici dil (İngilis dili) müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi ixtisaslarında təhsil alan 106 tələbə Bakı şəhərinin 13, 21, 53 və 126 nömrəli məktəblərində pedaqoji təcrübə keçəcək. Təcrübəçi tələbələrə 23 metodist və 3 pedaqoq rəhbərlik edəcək.

Təcrübənin həcmi 120 saat təşkil edir. Təcrübə dövründə tələbələrin təhkim olunduqları təhsil ocaqlarında açıq dərsləri təşkil olunacaq. Onlar dərslərə hazırlıqlı daxil olmalı, kütləvi tədbirlərdə iştirak etməli, nizam-intizam qaydalarına riayət etməlidilər.

Həm təcrübəçi tələbələr, həm də onlara rəhbərlik edəcək metodistlərə təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, sənədləşmə işləri, qiymətləndirmə sistemi və meyarları, üzərlərinə düşən öhdəliklər haqqında daha ətraflı məlumat pedaqoji təcrübənin başlanğıc konfransında təqdim olunub. Tədbirdə orta məktəblərdə dərslərin təşkili, təcrübə müddəti ərzində yerinə yetiriləcək işlər ilə bağlı tövsiyələr verilib, təcrübənin təşkilinə dair sənədlər toplusu metodistlərə təqdim edilib.

Konfransda qeyd olunub ki, pedaqoji təcrübə tələbələrin aldıqları nəzəri bilikləri tətbiq etmələri və pedaqoji prosesi əyani şəkildə öyrənmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələr təcrübə keçdiklər müddət ərzində pedaqoji prosesi mənimsəmə və pedaqoji mühitə uyğunlaşma imkanı əldə edirlər.

2016/2017-ci tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransında Universitetin tədris şöbəsinin əməkdaşları, dekanlar və kafedra müdirləri də iştirak edib.

Konfransın ardından metodist və tələbələr təcrübə yerinə yollanıblar. Pedaqoji təcrübə 09 mart 2017-ci il tarixində başa çatacaq.

Universitetin magistratura pilləsində Dilşünaslıq, ədəbiyyatşünaslıq və Sosial iş ixtisaslarında təhsil alan 9 tələbəsi isə elmi – pedaqoji təcrübə keçəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.02.2017

DİGƏR XƏBƏRLƏR