XƏBƏRLƏR

Azərbaycan Universitetində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Universitetində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib

11 avqust 2022

Baxış sayı: 7723

Azərbaycan Universitetində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibıtilə Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclik gələcəkdir” mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon Ícra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Nəsimi Rayon Ícra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov və rayon ərazisində fəaliyyət göstərən ali məktəblərin tələbələri iştirak ediblər.

Görüşdə Azərbaycanda həyata keçirilən uğurlu və səmərəli gənclər siyasətindən bəhs edilib. Diqqətə çatdırılıb ki, umummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugün Azərbaycan gəncləri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin fonunda gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb.

Çıxışlardan sonra tədbir müzakirə formatında davam etdirilib. Sonda Nəsimi rayonunun ictimai həyatında aktivlik nümayiş etdirən gənclər fəxri fərmanla təltif olunublar.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR