XƏBƏRLƏR
“18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirilib
Azərbaycan Universitetində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri kafedranın müdiri Aygün Qasımova açaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpası və qorunub saxlanması haqqında məlumat verib. Kafedra müdiri qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfər Azərbaycanın müstəqilliyininin əbədi və dönməz olduğunu bir daha sübut edib.
Ardınca tələbələrin çıxışları dinlənilib.
Beynəlxalq münasibətlər ixtisası üzrə I kurs tələbələri Fatimə Əhmədli Müstəqilliyin bərpası günü ilə bağlı təqdimat edib, Natella Saadova isə Məmməd Arazın Azərbaycan - Dünyam mənim şeirini səsləndirib.
Daha sonra tələbələr Aytac Məmmədova, Cəmilə Abbasova, Hülya Əhmədova “Uzundərə” xalq rəqsini və “Azərbaycan” mahnısını ifa ediblər.
Sonda xatirə şəkli çəkilib.
İctimaiyyətlə əlaqələr şöbəsi