XƏBƏRLƏR

Azərbaycan Universitetində “Səhiyyə və xəstə insanların hüquqları” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində  “Səhiyyə və xəstə insanların hüquqları” mövzusunda tədbir keçirilib

20 oktyabr 2022

Baxış sayı: 7440

Azərbaycan Universitetində Sosial iş və Təhsildə sosial-psixoloji xidmət ixtisaslarında təhsil alan tələbələr üçün “Səhiyyə və xəstə insanların hüquqları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirin qonağı İstanbul Universitetinin professoru Aynur Aydın olub. 

Tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva açaraq qonağı tələbələrə təqdim edib və elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib. 

Daha sonra tələbələr qarşısında çıxış edən Aynur Aydın Azərbaycana ilk dəfə gəldiyini bildirib. Böyük qonaqpərvərlik və mehribanlıqla qarşılandığını bildirən Aynur Aydın Bakını çox bəyəndiyini də vurğulayıb. 

Professor Aynur Aydının çıxışı tibb və hüquq sahələri arasındakı münasibətlər, tibb və hüquq münasibətlərinin yaranmasında əsas rol oynayan malpraktis faktı, insan hüquqlarının spektri, səhiyyə sahəsində insan hüquqları, müalicədən əvvəl və sonra xəstə insanların hüquqları, xəstə hüquqlarının tarixi, xəstə hüquqlarına dair beynəlxalq sənədlər, xəstə-həkim münasibətlərinin tənzimlənməsi, həkim hüquqları və bu kimi mövzuları əhatə edib. 

Mövzuya dair dünya təcrübəsindən nümunələr də gətirən Aynur Aydın qeyd edib ki, xəstəxanaya, tibb müəssisələrinə müraciət edəcəyimiz zaman hüquqlarımızın nədən ibarət olduğunu, haradan başladığını, həmçinin məhdudiyyətlərin nə olduğunu da bilməliyik. 

İnteraktif formatda keçən tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb. 

Professor Aynur Aydın tədbirin sonunda dəvətə görə Azərbaycan Universitetinin rəhbərliyinə və kollektivinə minnətdarlığını ifadə edib. 

 İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR