XƏBƏRLƏR

İKT fakültəsinin tələbələri arasında proqramlaşdırma üzrə universitet birinciliyi keçirilib

İKT fakültəsinin tələbələri arasında proqramlaşdırma üzrə universitet birinciliyi keçirilib

09 oktyabr 2024

Baxış sayı: 155

Azərbaycan Universitetində İnformasiya-kommunikasiya texnologiyaları (İKT) fakültəsinin  tələbələri arasında “Proqramlaşdırma üzrə universitet birinciliyi” keçirilib. İKT fakültəsinin dekanı Asif Paşayevin rəhbərliyi, Riyaziyyat və informatika kafedrasının  müdiri Rəşad Məstəliyev və kafedranın müəllimi Əli Qurbanovun təşkilatçılığı ilə keçirilən yarışda tələbələrə onlayn platformada 11 tapşırıq təqdim edilib. 

Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsinə (ICPC - International Collegiate Programming Contest)  hazırlıq məqsədi daşıyan və 4 saat davam edən yarışın nəticələrinə görə, I yeri İnformasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Ülvi Sadıqzadə ( 9 məsələni 100% həll edərək), II yeri İnformasiya texnologiyaları ixtisasının II kurs tələbəsi Hüseynqulu Rzayev (7 məsələ), III yeri isə İnformasiya texnologiyaları ixtisasının II kurs tələbəsi Alican Mikayılov (7 məsələ) tutub. 

Qeyd edək ki, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdiyi  yarışın nəticələrinə əsasən Azərbaycan Universitetini beynəlxalq yarışlarında təmsil edəcək komandaların tərkibi müəyyən ediləcək. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR