XƏBƏRLƏR

Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzinə 1400-ə yaxın müraciət daxil olub

Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzinə 1400-ə yaxın müraciət daxil olub

02 sentyabr 2022

Baxış sayı: 772

Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə 16-28 avqust tarixlərində həyata keçirilən ixtisas seçimi günlərində 1388 müraciət daxil olub. Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları tərəfindən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, o cümlədən subbakalavrlar üçün elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında məsləhət xidməti və texniki dəstək göstərilib. Məsləhət mərkəzinə abituriyent və subbakalavrlarla yanaşı valideynlər də müraciət edib. Mərkəzə telefonla daxil olan sorğular da cavablandırılıb.

Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik bazada kolleclərə ixtisas seçimi başlayır və proses sentyabrın 7-dək davam edəcək. İxtisas seçimi edəcək abituriyent və subbakalavrlar bu mərhələdə də köməklik üçün Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, mərkəz, 2018-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılıb və artıq 5 ildir ki ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71.

Tel.: (+099412) 431 41 17, 055 220 40 58

İctimaiyyətlə əlaqələr şöbəsi
02.09.2022


DİGƏR XƏBƏRLƏR