XƏBƏRLƏR

ACM ICPC müsabiqəsinin Azərbaycan Universiteti üzrə kvalifikasiya turu keçirilib

ACM ICPC müsabiqəsinin Azərbaycan Universiteti üzrə  kvalifikasiya turu keçirilib

31 oktyabr 2022

Baxış sayı: 7098

Azərbaycan Universitetində İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi tələbələrinin  ACM ICPC (International Collegiate Programming Contest) Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin 47-ci dünya çempionatının kvalifikasiya turunun yarışları keçirilib. 

Onlayn formatda təşkil olunan yarışda hər birində 3 tələbə olmaqla 15 komanda iştirak edib. Tapşırıqlar respublika üzrə mərkəzləşmiş qaydada qeydiyyatdan keçmiş komandaların profillərinə göndərilib.  5 saat davam edən yarışda komandalar bu vaxt ərzində təqdim olunmuş 12 olimpiada tapşırığını yerinə yetirməli olublar. 

Qeyd edək ki, kvalifikasiya mərhələsində iştirak edən 4 yaxud 5 komanda müsabiqənin növbəti ¼ final mərhələsinə vəsiqə qazana bilər.  Növbəti mərhələyə vəsiqə qazanan komandalarımızı təbrik edir, müsabiqədə universitetimizi layiqincə təmsil etmələrini arzu edirik.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR