XƏBƏRLƏR

“Ailə büdcəsi və onun idarə olunması” vebinarda müzakirə olunub

 “Ailə büdcəsi və onun idarə olunması” vebinarda müzakirə olunub

22 may 2020

Baxış sayı: 2820

Azərbaycan Universitetinin Maliyyə və iqtisadiyyat kafedrasının növbəti vebinarında ailə büdcəsi və onun idarə edilməsi mövzusu müzakirə olunub.

Onlayn tədbirdə kafedranın müdiri Nəriman Böyükkişi, müəllimlər Etibar Yaqubov, Ruhəngiz Əliyeva, Qətibə Nəcəfova çıxış edərək “Ailə büdcəsi haqqında nə düşünürük”, “Niyə bizə heç vaxt pul çatmır” sualları ətrafında fikirlərini bölüşüb, ailə büdcəsinin əsas prinsipləri, ailə büdcəsinin idarə olunmasının vacib qaydaları, ailənin gəlirləri, ailənin xərcləri, məcburi ödənişlər,  büdcənin düzgün təşkil edilməsi, xərclərə nəzarət və onların doğru idarə edilməsi, qənaət imkanları kimi mövzulara aydınlıq gətiriblər.

Vebinar mövzu ətrafında müzakirələrlə davam edib, çıxış edənlər vebinara qoşulan müəllim və tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi
22.05.2020

DİGƏR XƏBƏRLƏR