XƏBƏRLƏR

Ailə büdcəsinin düzgün planlaşdırılmasına dair mühazirə təşkil olunub

Ailə büdcəsinin düzgün planlaşdırılmasına dair mühazirə təşkil olunub

21 fevral 2024

Baxış sayı: 493

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzi (TLC) ilə Maliyyə və mühasibat kafedrasının birgə təşəbbüsü ilə “Ailə büdcəsinin düzgün planlaşdırılması və idarə edilməsi” mövzusunda mühazirə təşkil olunub. Mühazirəni İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin İdarə Heyətinin sədri, i.ü.f.d.Ruslan Atakişiyev oxuyub.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Nəriman Böyükkişi açaraq qonağı iştirakçılara təqdim edib. Ardınca məruzəçi ehtiyacların təyini, ailə büdcəsinin hazırlanması, xərclərin siyahısı, qənaət yolu, borclara nəzarət və ailə büdcəsinin idarə olunması kimi mövzularda məlumat verib. Tədbirdə həmçinin, ailə büdcəsi xərclərinin ölkə üzrə statistikası göstərilib.

Tədbirdə universitetin professor-müəllim, inzibati-texniki heyət üzvləri və tələbələr iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR