XƏBƏRLƏR

Alman professorun Azərbaycan Universitetinə Erasmus səfəri yekunlaşdı

Alman professorun Azərbaycan Universitetinə Erasmus səfəri yekunlaşdı

11 mart 2019

Baxış sayı: 3285

Almaniyanın tərəfdaş Koblenz Universitetinin professoru Martina Brück “Erasmus+” mübadilə proqramı çərçivəsində iki həftə müddətində Azərbaycan Universitetində tədris prosesində iştirak edib. Martina Brückün mühazirələri bakalavriat pilləsində biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarında tədris olunan korporativ maliyyə, maliyyə menecmenti və statistika fənlərini, MBA qruplarında isə maliyyə analizi və kredit strukturlarına giriş fənlərini əhatə edib.

Alman professor universitetin müəllim və tələbələri üçün yeni istifadəyə verilmiş təlim və tədris mərkəzində “Layihələrin idarə olunması” və “Koblenz Universitetində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi” mövzularında təlim keçib.

Martina Brück ölkəsinə yola düşməzdən əvvəl rektor Səadət Əliyeva ilə də görüşərək həm Azərbaycan Universiteti, həm də Bakı haqqında xoş təəssüratlarını bölüşüb.

İctimaiyyətlə əlaqələr şöbəsi
11.03.2019


DİGƏR XƏBƏRLƏR