XƏBƏRLƏR

Almaniyalı professor Azərbaycan Universitetində mühazirə oxuyacaq

Almaniyalı professor Azərbaycan Universitetində mühazirə oxuyacaq

25 fevral 2019

Baxış sayı: 3312

Almaniyanın tərəfdaş Koblenz Universitetinin professoru Martina Brück Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyacaq. “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Universitetinə gələn almaniyalı professor iki həftə ərzində tədris prosesində iştirak edəcək.

Professor Martina Brückün mühazirələri Biznes və iqtisadiyyat fakültəsinin bakalavriat pilləsində ingilisdilli ixtisaslarda tədris olunan "Korporativ maliyyə", "Maliyyə menecmenti" və "Statistika" fənlərini, MBA qruplarında isə "Maliyyə analizi və kredit strukturlarına giriş" fənlərini əhatə edəcək.

Professor Martina Brück dərslərə başlamazdan əvvəl Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva ilə görüşüb. Görüşdə Azərbaycan və Koblenz uniiversitetləri arasındakı əlaqələr yüksək qiymətləndirilib və “Erasmus+” mübadilə proqramı vasitəsilə tələbələr üçün yaradılan imkanlar haqqında müsbət fikirlər səsləndirilib. Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq professor Bakı haqqında yüksək təəssüratlarını bildirib.

Professor Martina Brück universitetin tədris binasını da gəzib və yaz semestrində mübadilə proqramı ilə Azərbaycan Universitetində oxuyacaq almaniyalı tələbələrlə tanış olub.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.02.2019


DİGƏR XƏBƏRLƏR