XƏBƏRLƏR

APFM Azərbaycan Universitetinin tələbələri üçün təqdimat keçirib

APFM Azərbaycan Universitetinin tələbələri üçün təqdimat keçirib

14 mart 2023

Baxış sayı: 1299

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) Peşəkar Mühasib Təşkilatı Biznes və iqtisadiyyat fakültəsinin Maliyyə və mühasibat ixtisasları üzrə təhsil alan tələbələri üçün ICB/ICFM beynəlxalq təlim proqramlarının təqdimatını keçirib. Tədbiri fakültənin dekanı Xanım Quliyeva açaraq tələbələrə təşkilatın fəaliyyəti haqqında qısa məlumat verib. Dekan qeyd edib ki, 2007-ci ildə təsis olunan peşəkar mühasib təşkilatı APFM Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə bağlı layihələrdə fəal iştirak edir, hazırda ölkədə öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan peşəkar qurum kimi fəaliyyətini uğurla davam etdirir.

Ardınca APFM–in İdarə Heyətinin sədri Nuriyyə Novruzova, təhsil komitəsinin üzvləri Zərqələm İsayeva və Əfqan Səfərli peşəkar mühasib sertifikatlarının əhəmiyyəti və üstünlükləri, təşkilatın təqdim etdiyi beynəlxalq statuslu təlimlər, beynəlxalq sertifikasiya imtahanlarına hazırlıq, peşəkar üzvlük, APFM-in korporativ üzv təşkilatlarında təcrübə keçmək imkanları və bu kimi digər məsələlərlə bağlı tələbələrə ətraflı məlumat veriblər. 

Sonda APFM-in hazırladığı slayd nümayiş olunub və tələbələrin sualları cavablandırlıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR