XƏBƏRLƏR

Azərbaycan Universitetinin İT komandası beynəlxalq “Golden Byte” yarışmasında ölkəmizi təmsil edəcək

Azərbaycan Universitetinin İT komandası beynəlxalq “Golden Byte” yarışmasında ölkəmizi təmsil edəcək

07 aprel 2017

Baxış sayı: 4662

Azərbaycan Universitetinin İT komandası beynəlxalq “Golden Byte” (Qızıl Bayt ) yarışmasının ölkə finalında “Internet of things - İnnovasiya layihələri müsabiqəsi” nominasiyası üzrə birinci yerə layiq görülüb.

Məmməd Kərimli (Kompüter mühəndisliyi), Tural Səlimli (Maliyyə) və Fəhmin Zakirlidən (Kompüter müəhdisliyi) ibarət komandamız müsabiqəqə “Elektrik sərfiyyatına nəzarət” layihəsi ilə yarışıb.

Qeyd edək ki, “Golden Byte” (Qızıl Bayt ) beynəlxalq çempionatı STEP Kompüter Akademiyasının (STEP IT Academy) təşkilatçılığı ilə keçirilir. Bakıda hər nominasiya üzrə 1-ci yeri tutan iştirakçılar 22-23 apreldə Kiyevdə keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil edəcək və 20 min dollar uğrunda yarışacaq.

Çempionat 9 ildir ki, keçirilir və Azərbaycan müsabiqədə ilk dəfədir ki, iştirak edir. Azərbaycanda  780 iştirakçı qeydiyyatdan keçib, seçim turlarına 450 iştirakçı, final mərhələsinə isə 100 nəfər seçilib.

2017-ci ildə iştirakçılara aşağıdakı nominasiyalar təklif edilib:

  • Startup Challenge - Proqram lahiyələri müsabiqəsi
  • Networking Technologies - Sistem inzibatçıları nominasiyası
  • Mobile Development - Mobil proqramlar müsabiqəsi
  • Internet of things - İnnovasiya lahiyələri müsabiqəsi
  • Game Design - Oyun yaratma müsabiqəsi
  • Character Design - Oyun personajlarının yaradılması üzrə müsabiqə
  • Web Design - Web-lahiyələr müsabiqəsi
  • Short Movie - Qısa film müsabiqəsi
  • NoSQL Expert - Məlumat bazaları ilə iş üçün proqram konkursu
  • Junior Competition - 10-17 yaşlı məktəblilər müsabiqəsi

Çempionatın keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək və layihələrinə dəstək verməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.04.2017

DİGƏR XƏBƏRLƏR