XƏBƏRLƏR

Tələbə Gənclər Təşkilatının 10 illik yubileyi qeyd olunub

Tələbə Gənclər Təşkilatının 10 illik yubileyi qeyd olunub

09 yanvar 2017

Baxış sayı: 4680

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı (AUTGT) ölkədə fəaliyyətə başlayan ilk tələbə gənclər təşkilatlarındandır. 2006-cı ildə təsis olunan AUTGT ən fəal və qabaqcıl təşkilatlar sırasındadır. Dövlət gənclər siyasətinin həyata keçirilməsi, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, onların asudə vaxtlarının təşkilində maraqlı təşəbbüslərlə çıxış edir, tələbələr arasında maarifləndirmə işlərinin aparılması  istiqamətində təqdirəlayiq işlər görür.

Bu fikirlər Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının fəaliyyətə başlamasının on illik yubileyi münasibəti ilə keçirilən tədbirdə səsləndiirlib. Tədbirdə universitet rəhbərliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Samir Kazımov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) sədrinin müşaviri Nigar Süleymanlı, TGT-nin 200-ə yaxın üzvü və digər qonaqlar iştirak ediblər.

Rəsmi hissədə AUTGT-nin on illik fəaliyyəti ilə bağlı məlumat verilib, qonaqlar təbrik nitqləri ilə çıxış ediblər. Tədbirin bu hissəsində təşkilatın bir sıra üzvləri aktiv fəaliyyətlərinə görə təltif edilib.

Yubiley tədbirinə əyləncə proqramı ilə yekun vurulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.01.2017

DİGƏR XƏBƏRLƏR