XƏBƏRLƏR

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı 10 yaşında

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı 10 yaşında

05 yanvar 2017

Baxış sayı: 6775

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı (AUTGT) 10 yaşını qeyd edir. Təşkilat, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Rəhbərinin 2005-ci il 15 fevral tarixli sərəncamına əsasən 2006-cı ildə təsis olunub. AUTGT-nin ilk sədri Kamil Dadaşov (2006 - 2009) olub. Sonrakı illərdə təşkilata Ceyhun Məmmədov (2009 - 2010), Nərmin Hüseynzadə (2010 - 2011), Orxan Sultanov (2011 - 2014), Nəsimi Musayev (2014 - 2016) sədrlik edib. Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının hazırki sədri Cavidan Heybətzadədir (Sosial iş, III kurs).

Təşklat fəaliyyət göstərdiyi dövrdə bir sıra uğurlu layihə və tədbirlərə imza atıb. 2013-cü ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin cari ilin yekunlarına dair təsis etdiyi "Yaxşıların yaxşısı-2013" mükafatının təqdimatı mərasimində ilin ən yaxşı “Tələbə Gənclər Təşkilatı” seçilib. AU TGT Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibəti ilə fəxri fərmana layiq görülüb. AU TGT komandası fəxri fərmanı "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın həyata keçirilməsində fəal iştirakına görə alıb.

Təşkilatın əsas məqsədli dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatınının bütün üzvlərini 10 illik yubiley münasibəti ilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq! 

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
05.01.2017

DİGƏR XƏBƏRLƏR