XƏBƏRLƏR

AYAFE tələbələri beynəlxalq təcrübəyə dəvət edir

AYAFE tələbələri beynəlxalq təcrübəyə dəvət edir

16 noyabr 2016

Baxış sayı: 5041

Avropanın Gənc Azərbaycanlı Dostları İctimai Birliyi (AYAFE) Azərbaycan Universitetində təhsil alan tələbələr üçün “AYAFE ilə Beynəlxalq Təcrübə Qazan" adlı tədbir keçirilib.

Tədbirdə qeyd olunub ki, AYAFE 1997-ci ildən Azərbaycanda fəaliyyət göstərən 20 illik təcrübəyə malik ilk könüllü gənclər təşkilatıdır. Təşkilatın əsas məqsədi könüllülüyün təşviq edilməsi, Avropa gəncləri ilə sistemli şəkildə əlaqə qurmaq, gənclərin beynəlxalq təlim və düşərgələrdə könüllü iştirakını təmin etməkdir.

Tədbirdə iştirakçılara könüllülük, gənclər siyasəti, gənclərin beynəlxalq təcrübə proqramları və iş düşərgələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq təcrübə, könüllülük və ictimai işlər gənclərin hərtərəfli inkişafına, ilkin peşəkar  təcrübələrə yiyələnmələrinə imkan yaradır. Bu gün bir çox peşəkarın uğur hekayələri ilə tanış olduqda, könüllülüyün gənclərin formalaşmasında mühüm rolunu görmək mümkündür.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
16.11.2016

DİGƏR XƏBƏRLƏR