XƏBƏRLƏR

Aygün Muradlı Xorvatiyalı tələbələrə mühazirə oxuyub

Sosial işin təşkili kafedrasının müəllimi Aygün Muradlı “Erasmus+ Staff Mobility” mübadilə proqramı çərçivəsində aprel ayında Xorvatiyanın Dubrovnik Universitetində tədris prosesində iştirak edib. Aygün Muradlı bu ali təhsil müəssisəsinin tələbələrinə “Basic economic ideas and resource allocation”, “Impact of the coronavirus pandemic on the global economy”, “Gender equality and economic growth: A cross-country analysis”, “Participation of people with disabilities in the digital economy”, “Cultural Diversity, Intercultural Competence, Tolerance, and the Economy” mövzularında mühazirə oxuyub.  

Qeyd edək ki, “Erasmus+” mübadilə proqramı tərəfdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Tələbələr proqram çərçivəsində xarici ölkələrdə təhsil almaqla ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə, gələcək iş həyatı üçün bir sıra vacib bacarıqlara yiyələnə bilərlər. Proqram həmçinin professor-müəllim heyətinin xarici ölkələrin ali təhsil müəssisələrində tədris prosesində qısamüddətli iştirakını təmin edir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR