XƏBƏRLƏR

Azərbaycan dili və ədəbiyyat kafedrası növbəti seminarını keçirib

Azərbaycan dili və ədəbiyyat kafedrası növbəti seminarını keçirib

15 aprel 2019

Baxış sayı: 3839

Azərbaycan Universitetində “Azərbaycan dili və ədəbiyyat kafedrası”nın müdiri Ülviyyə Rəhimovanın moderatorluğu və şair, esseist  sim-sim.az  saytının rəhbəri Qismət Rüstəmovun iştirakı ilə “XXI əsr gerçəkliyi və müasir Amerika ədəbiyyatı” mövzusunda seminar keçirilib. Seminarda çağdaş dünya ədəbiyyatındakı meyillər, XXI əsr Amerika ədəbiyyatındakı istiqamətlər və aparıcı mövzular, radikal paradiqma dəyişikliyi, forma axtarışlarından söhbət açılıb.

Seminarda qeyd olunub ki, bütün qərb aləmində olduğu kimi Amerika cəmiyyətində də mədəni-mənəvi aşınma XX əsrin əvvəllərinə təsadüf edir. Bu aşınma fərdin “atomlaşaraq” cəmiyyətdən təcrid olunması və özgələşmənin antaqonist xarakter kəsb etməsi ilə bağlıdır. Lakin bu proseslərin üzə çıxması və bütün dəhşəti ilə özünü büruzə verməsi üçün tarixi proseslərin bəşəriyyəti sürüklədikləri qlobal fəlakət tələb olunurdu. Birinci dünya müharibəsi belə bir ümumbəşəri fəlakət oldu. Mənəvi dəyərlərin yetərsizliyi özünü müharibə sənayelərindən qayıtmış dünənki əsgərlərin psixoloji durumunda və bu durumun bədii ədəbiyyata təcəssümündə öz əksini tapdı.

Sonda mövzu ətrafında müzakirə aparılıb, iştirakçıların  sualları cavablandırılıb. Tədbirdə kafedranın professor-müəllim heyəti və  Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) ixtisası üzrə təhsil alan magistratura tələbələri iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.04.2019

 

DİGƏR XƏBƏRLƏR