XƏBƏRLƏR

“Azərbaycan Respublikası AXC-nin varisidir” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan Respublikası AXC-nin varisidir” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

24 may 2018

Baxış sayı: 3959

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Universitetinin tələbələri arasında  keçirilən “Azərbaycan Respublikası AXC-nin varisidir” adlı inşa müsabiqəsinin qalibləri sertifikatla mükafatlandırılıb. Amerika ədəbiyyatı ixtisası üzrə magistratura pilləsinin I kurs tələbəsi İlhamə Zalova birinci yerə,  bakalavriat pilləsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs tələbəsi Fəranə Mikayılova ikinci, Marketinq ixtisası üzrə I kurs tələbəsi Leyla Ədilzadə isə üçüncü yerə layiq görülüb.

Tələbələrə sertifikatlarını Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova təqdim edib. Kafedra müdiri müsabiqənin məqsədi, təqdim olunan yazılar və dəyərləndirilmə kriteriyaları haqqında məlumat verib, qalibləri təbrik edib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd dövlətçilik tariximizin və cümhuriyyət dəyərlərinin öyrənilməsi və təbliğ olunması, tələbələrin ədəbi yaradıcılıq sahəsindəki istedad və qabiliyyətlərinin üzə çıxarılmasıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
24.05.2018

DİGƏR XƏBƏRLƏR