XƏBƏRLƏR

Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 23 ixtisas üzrə qəbul aparacaq

Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 23 ixtisas üzrə qəbul aparacaq

13 iyun 2022

Baxış sayı: 8079

Azərbaycan Universiteti 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsinə tələbə  qəbulu elan edir. Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vahid qaydada aparılır. İki mərhələdə keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə uyğun olaraq müsabiqədə iştirak hüququ qazanan abituriyentlər Azərbaycan Universitetinin ixtisaslarını da seçə bilərlər. Bütün ixtisaslarımıza Dövlət Sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) qəbul mümkündür.

Bu il 23 ixtisas üzrə qəbul aparılır və abituriyentlərə 1 yeni ixtisas təklif olunur. Beynəlxalq münasibətlər ixtisası üzrə ilk dəfə qəbul aparılacaq.

I QRUP

  • İnformasiya təhlükəsizliyi
    Əyani, Azərbaycan bölməsi, 20 yer, 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • İnformasiya texnologiyaları
    Əyani, Azərbaycan bölməsi, 25 yer, 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Kompüter mühəndisliyi
    Əyani, Azərbaycan bölməsi, 25 yer, 2200 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)

II QRUP

  • Beynəlxalq ticarət və logistika
    Azərbaycan bölməsi Əyani, 10 yer – 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Biznesin idarə edilməsi
    Əyani, Azərbaycan bölməsi, 60 yer – 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Əyani, İngilis bölməsi, 10 yer - 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • İqtisadiyyat
    Əyani, Azərbaycan bölməsi, 20 yer - 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Əyani, İngilis bölməsi, 10 yer -  2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Maliyyə
    Əyani, Azərbaycan bölməsi, 20 yer - 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Əyani, İngilis bölməsi, 10 yer - 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Marketinq
    Əyani, Azərbaycan bölməsi, 50 yer - 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Qiyabi, Azərbaycan bölməsi, 10 yer – 1900 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Əyani, İngilis bölməsi, 10 yer - 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Menecment
    Əyani, Azərbaycan bölməsi, 20 yer – 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Mühasibat
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Əyani, İngilis bölməsi, 10 yer - 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Qiyabi, Azərbaycan bölməsi, 10 yer – 1900 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Turizm işinin təşkili
    Əyani, Azərbaycan bölməsi, 50 yer - 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Qiyabi, Azərbaycan bölməsi, 10 yer – 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)

III QRUP

  • Təhsildə sosial-psixoloji xidmət
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2700 manat (ödənişli əsaslarla təhsil alanlar üçün) 
  • Beynəlxalq münasibətlər – YENİ İXTİSAS
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 3000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Dövlət və ictimai münasibətlər
    Əyani, Azərbaycan bölməsi, 50 yer – 3000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Fəlsəfə
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2700 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Filologiya (İngilis dili və ədəbiyyatı)
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2700 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Politologiya
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 3000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Regionşünaslıq (Avropa ölkələri üzrə)
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Tarix
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2700 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Tərcümə (İngilis dili)
    Əyani, Azərbaycan bölməsi, 45 yer – 3000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Muzey, arxiv işi və abidələrin qorunması
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Sosial iş
    Əyani, Azərbaycan bölməsi, 90 yer, 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Qiyabi, Azərbaycan bölməsi, 10 yer, 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)

Abituriyentlərin nəzərinə çatdırırıq ki,

  • Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və vahid qaydada aparılır.
  • Bütün ixtisaslara Dövlət Sifarişi əsasında (ödənişsiz) qəbul mümkündür.
  • Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Bu ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
  • Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən yaxud daxili yerləşdirmə testindən uğurla keçən (Placement Test) tələbələr birbaşa I kursa başlayırlar.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin hesabına təqaüd ala bilirlər. Hazırda Azərbaycan Universitetinin bakalavriat pilləsi üzrə 272, magistratura pilləsi üzrə isə 45 olmaqla 317 tələbəsinə Dövlət büdcəsinin hesabına təqaüd təyin olunub. Təqaüd alan tələbələrdən 185-i Dövlət sifarişi əsasında, 317-si isə ödənişli əsaslarla təhsil alır. Bakalavriat səviyyəsi üzrə təqaüdlərin aylıq məbləği 90, 132 və 156 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
  • Azərbaycan Universiteti tərəfindən təsis olunan "Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd" birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
  • Bakalavriat səviyyəsində Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə kompüter mühəndisliyi ixtisası üzrə Beynəlxalq İkili Diplom Proqramı tətbiq olunur. Proqramın müddəti 4 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.
  • Universitet Daxili İki Diplom Proqramı (UDİD) yüksək göstəricilərlə oxuyan tələbələrə əlavə təhsil almaqla 4 ildə 2 ayrı ixtisas üzrə 2 diplom alma imkanı yaradır. Proqrama I kursu bitirmiş, qəbul olduğu ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, bu ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85-100 bal arasında olan tələbələr müraciət edə bilərlər.
  • 600 və yuxarı bal toplayaraq ödənişli əsaslarla qəbul olmuş tələbələr onlarla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq (orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olmaqla) təhsil haqqı ödəmirlər. Həmin tələbələrin orta müvəffəqiyyət göstəricisi 85,0-94,9; qiymətləri A və B olarsa, təhsil haqqına 50% güzəşt tətbiq olunur.
  • 500-599 arası bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələrə xüsusi güzəşt tətbiq olunur. Güzəştin növbəti tədris illərində də tətbiqi tələbənin müvəffəqiyyət göstəricilərindən asılıdır.
  • Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür.  “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində bir yaxud iki semestr müddətində təhsil və akademik təcrübə imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
  • Tələbələrə 4 il ərzində ixtisas diplomu ilə yanaşı kompüter biliyinin beynəlxalq səviyyədə təsdiq edən ECDL (European Computer Driving Licence) və ingilis dili biliyinin beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatları verilir.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.06.2022

DİGƏR XƏBƏRLƏR