XƏBƏRLƏR

Azərbaycan Universiteti I qrup abituriyentlərinə Kompüter mühəndisliyi ixtisasını təklif edir

Azərbaycan Universiteti I qrup abituriyentlərinə Kompüter mühəndisliyi ixtisasını təklif edir

11 may 2019

Baxış sayı: 3321

Dövlət İmtahan Mərkəzi mayın 12-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzi qəbul imtahanında iştirak edən bütün abituriyentlərə uğurlar arzulayır!

Azərbaycan Universiteti I qrup abituriyentlərinə Kompüter mühəndisliyi ixtisasını təklif edir. Bu ixtisas İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin (İKT) tərkibindədir.

Kompüter mühəndisliyi ixtisası kompüter və onunla əlaqəli cihazların layihələndirilməsi, istehsalı, tətbiqi və nəzarət edilməsi ilə bağlı olan mühəndislik sahəsidir. Kompüter sistemlərinin həm fiziki (hardware), həm də proqram təminatı (software) hissəsini dərinləməsinə əhatə edən ixtisasdır. Kompüter mühəndislərinin işi əsas olaraq avtomatlaşdırılmış sistemlərin və kompüter şəbəkələrinin layihələndirilməsi, planlaşdırılması, qurulması, testləşdirilməsi, idarə olunması və optimallaşdırılmasından ibarətdir.

Azərbaycan Universitetində kompüter mühəndisliyi ixtisasının dərsləri müvafiq təchizatlı kompüter laboratoriyalarında keçilir və nəzəri biliklər, praktik vərdişlərlə dəstəklənir.

Kompüter mühəndisliyi ixtisasının karyera perspektivləri haqqında ətraflı məlumat almaq üçün Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71 ünvanında fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərsiniz. Mərkəz Dövlət İmtahan Mərkəzi ilə əlaqə edilmiş razılığa əsasən yaradılıb və həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Azərbaycan Universitetinin maddi-texniki bazası, kompüter mühəndisliyi ixtisasının tədris olunduğu auditoriya və laboratoriyalar ilə tanış olmaq istəyən abituriyent və valideynlər həftənin cümə axşamı günləri saat 10.00-dan 16.00-dək “Açıq qapı” günlərində iştirak edə bilər, suallarını universitetin əməkdaşlarına, professor-müəllim heyətinə ünvanlaya bilərlər.

İKT fakültəsində oxuyan tələbələrimizin uğurları

  • “Elektrik sərfiyyatına nəzarət” (Savefy) layihəsi ilə “Internet of things” nominasiyası üzrə “Golden Byte” beynəlxalq çempionatında dünya üçüncülüğü
  • “Mirror Man” adlı mobil oyun 3D oyunlar, 3D simulasiya və kompüter qrafikası mövzularını əhatə edən “Game Jam” müsabiqəsində ölkə ikinciliyi
  • “Makers’ Days” tədbiri çərçivəsində universitet tələbələri arasında  keçirilmiş “Xətt izləyən” (Line Follower) adlı robot yarışmasında üçüncülük

İctimaiyyətlə əlaqələr şöbəsi
11.05.2019


DİGƏR XƏBƏRLƏR