XƏBƏRLƏR

Azərbaycan Universiteti gender konfransını beynəlxalq statusda keçirəcək

Azərbaycan Universiteti gender konfransını beynəlxalq statusda keçirəcək

26 sentyabr 2019

Baxış sayı: 2858

Azərbaycan Universiteti tərəfindən artıq üçüncü ildir ki, təşkil olunan “Gender problemi və müasir Azərbaycan” ənənəvi elmi konfransı bu dəfə beynəlxalq statusda keçiriləcək. 2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. Tədbirin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir.

27 noyabr 2019-cu il tarixində keçiriləcək tədbirin hazırlıqları davam edir. Beynəlxalq konfransa məqalələrin göndərilməsi üçün son  tarix 28 oktyabr 2019-cu ildir.

Konfransın işi gender və tarix, dində gender aspektləri, müasir cəmiyyətin gender problemləri, Azərbaycanda gender demokratiyasının inkişafı, iqtisadi nəzəriyyənin gender aspekti, gender tədqiqatlarının hüquqi aspektləri, gender və mədəniyyət, ədəbiyyatımızda gender problemi və bu kimi istiqamətlərdə aparılacaq.

Beynəlxalq tədbirin işində ali təhsil müəssisələri, AMEA-nın uyğun profilli institutlarının, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, mətbuat, səfirliklərin nümayəndələri və xarici alim və tədqiqatçıların iştirakı planlaşdırılır.

Daha ətraflı məlumat üçün konfransın səhifəsinə keçid:

/az/menu/336/

İctimaiyyətlə əlaqələr şöbəsi
26.09.2019

DİGƏR XƏBƏRLƏR