XƏBƏRLƏR

Azərbaycan Universiteti 2 yeni ixtisas üzrə qəbul aparacaq

Azərbaycan Universiteti 2 yeni ixtisas üzrə qəbul aparacaq

09 iyun 2021

Baxış sayı: 3550

Azərbaycan Universiteti 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə 2 yeni ixtisas üzrə qəbul aparacaq. İş dünyasının tələb və öncəlikləri nəzərə alınaraq universitetin qəbul planına I ixtisas qrupu üzrə informasiya təhlükəsizliyi və III ixtisas qrupu üzrə dövlət və ictimai münasibətlər ixtisasları əlavə olunub.  

Rəqəmsal dünya hakerlər və kiberterrorçulara fərdlər, dövlət qurumları və böyük şirkətləri hədəfə almaq üçün sonsuz imkanlar yaradır. Kibertəhlükəsizliyin aktuallaşması informasiya təhlükəsiziyi ixtisasının əhəmiyyətini artırır. Bu ixtisas üzrə təhsil alan tələbələrə kompüterlərin əməliyyat sistemlərini və kompüter şəbəkələrini qorumaq, kiber hücumların qarşısını almaq, insanların məlumatlarını və məxfiliyini qorumağın yolları öyrədilir.

Dövlət və ictimai münasibətlər ixtisası isə yeni nəsil dövlət idarəçilərinin hazırlanmasına xidmət edir. İxtisasın kurikulumunun məqsədi tələbələrə ictimai siyasət, layihə və proqramların tətbiqi, dövlət və ictimai sektora aid məsələlərin təhlili, ictimai problemlərə dair məlumatın dəqiq qiymətləndirilməsi, liderlik və natiqlik kimi bilik və bacarıqlar qazandlrmaqdır.

Azərbaycan Universitetinə qəbul, Dövlət İmtahan Mərkəzi tərəfindən vahid qaydada aparılır. Bakalavriat səviyyəsi üzrə bütün ixtisaslara Dövlət Sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) qəbul mümkündür.

Azərbaycan Universitetinin 2021/2022-ci tədris ili üçün bakalavriat pilləsinə qəbul planı, qəbul şərtləri, tələbə dəstək layihələri, keçid balları, imtiyazlı tələbələr haqqında daha ətraflı məlumatı keçidə daxil olmaqla əldə edə bilərsiniz.

/az/menu/596/2021-2022-ci-tedris-ili-ucun-bakalavriat-seviyyesine-qebul-plani

İctimaiyyətlə əlaqələr şöbəsi
09.06.2021

DİGƏR XƏBƏRLƏR