XƏBƏRLƏR

Azərbaycan Universiteti ilə Rusiyanın elmi istinad bazası arasında müqavilə imzalanıb

Azərbaycan Universiteti ilə Rusiyanın elmi istinad bazası arasında müqavilə imzalanıb

14 noyabr 2017

Baxış sayı: 4304

Azərbaycan Universiteti ilə Rusiya Federasiyasının  elmi istinad bazası olan РИНЦ arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən universitetin “İpək Yolu” elmi jurnalı РИНЦ-in https://elibrary.ru baza saytında yerləşdirilib. Bu baza Rusiyanın əsas elmi istinad mənbəyi hesab edilir və “Thomson Reuters” Agentliyinin  “Clarivate Analytics” təşkilatı ilə ilə əməkdşlıq edir.

Yaxın perspektivdə “İpək Yolu” jurnalının 2017-ci ildən başlayaraq bütün nömrələrinin bu bazada yerləşdiriləcək və indekslənəcək.

Qeyd edək ki, 1997-ci ildən nəşr olunan “İpək Yolu” jurnalı beynəlxalq bazalardan Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), COSMOS Impact Factor (Germany), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) tərəfindən artıq indekslənmək üçün qəbul edilib.

Jurnal həmçinin AAK-ın Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.11.2017

DİGƏR XƏBƏRLƏR