XƏBƏRLƏR

Azərbaycan Universiteti institusional akkreditasiyaya hazırlaşır

Azərbaycan Universiteti institusional akkreditasiyaya hazırlaşır

06 oktyabr 2022

Baxış sayı: 6872

Azərbaycan Universiteti özünün institusional akkreditasiyasını həyata keçirməyi planlaşdırır. Həmçinin ixtisasların beynəlxalq akkreditasiyasına nail olunması istiqamətindəki fəaliyyətlərə də başlanılıb. 

Universitetin rektoru Səadət Əliyeva bu məqsədlə Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (Independent Agency for Accreditation And Rating / IAAR) layihə rəhbəri Quliyaş Niyazova ilə görüşüb. Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyevanın iştirak etdiyi görüşdə rektora agentliyin fəaliyyəti və gördüyü işlər haqqında təqdimat edilib, həmçinin Azərbaycan Universitetinin müxtəlif istiqamətlərdə beynəlxalq akkreditasiyasına nail olunmasına dair müzakirələr aparılıb. 

Qeyd edək ki, 2011-ci ildə fəaliyyətə başlayan IAAR ali təhsil müəssisələrinin institusional akkreditasiya, tədris proqramlarının akkreditasiyası başda olmaqla müxtəlif istiqamətlərdə akkreditasiyasını həyata keçirir. Agentlik təhsildə keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya təşkilatlarından biridir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR