XƏBƏRLƏR

Azərbaycan Universiteti məzunlarına karyera dəstəyi göstərir

Azərbaycan Universiteti məzunlarına karyera dəstəyi göstərir

26 aprel 2018

Baxış sayı: 5395

Azərbaycan Universiteti Karyera Mərkəzi tərəfindən yuxarı kurs tələbələrinin karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət vermək,  onları iş dünyasına hazırlamaq, universitetin məzunlarının məşğulluq problemlərinin həll olunması məqsədilə təşkilati və maarifləndirmə tədbirləri həyata keçirilir, təlim və seminarlar, karyera günləri təşkil  olunur. Mərkəz eyni zamanda yerli iş bazarında mövcud vakansiyalar haqqında tələbə və məzunları məlumatlandırır və onları bilik və bacarıqlarına uyğun vakansiyalara yönləndirərək iş həyatına çıxışlarını dəstəkləyir.

Universitetin karyera planlama strategiyasına uyğun olaraq tələbə və məzunların potensialına uyğun işlə təmin olunmasına kömək göstərilməklə yanaşı, onlarla məzun universitetdə işlə təmin olunub, müəllim kimi fəaliyyət göstərir, struktur bölmələrdə müxtəlif vəzifələrdə çalışırlar.  Son olaraq universitetin Sosial iş ixtisası üzrə məzunu Aytən Əliyeva dünyanın nüfuzlu tədris və təlim şirkəti “Pearson”ın Azərbaycandakı nümayəndəsi, eyni zamanda Azərbaycan Universitetinin yerli tərəfdaşlarından olan  “Oxbridge Academy” ümumtəhsil mərkəzində köməkçi müəllim vəzifəsində işə başlayıb.  

Daim öz üzərində işləyən, seçdiyi sahənin incəliklərini dərindən mənimsəmək istəyən, şəxsi inkişaf üçün ən doğru zamanın tələbəlik illəri olduğuna inanan, bacarığı və savadı ilə seçilən tələbələrdən olan Aytən Əliyeva "Lineause-Palme" layihəsi çərçivəsində 2013/2014 tədris ilinin hər iki semestrini İsveç Krallığının Lund Universitetində oxuyub.

İşə qəbul prosesinin bütün mərhələlərini uğurla adlayan məzunumuzu təbrik edir, iş həyatında uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi
27.04.2018


DİGƏR XƏBƏRLƏR