XƏBƏRLƏR

Azərbaycan Universiteti milli kimlik məsələlərinə həsr olunan konfransa hazırlaşır

Azərbaycan Universiteti milli kimlik məsələlərinə həsr olunan konfransa hazırlaşır

03 oktyabr 2022

Baxış sayı: 5936

Azərbaycan Universiteti daha bir beynəlxalq konfrans keçirməyə hazırlaşır. 28 oktyabr 2022-ci il tarixində keçirilməsi planlaşdırılan konfransda Azərbaycan türklərinin qədim zamanlardan Qafqazda yaşamasının sübutlarının, qonşularla münasibətlərinin, Azərbaycan xalqının etnogenezinin Qafqazda etnik proseslər kontekstində təhlilinin, Qafqaz xalqlarının formalaşmasına təsir edən amillərin, filoloji düşüncə tərzində etnogenez məsələlərinin, etnogenez və identikliyin fəlsəfi aspektlərinin, mədəniyyət və incəsənət nümunələrində milli kimlik elementlərinin araşdırılması kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. 

Beynəlxalq konfransın plenar iclasında AMEA-nın həqiqi üzvü, akademik Yaqub Mahmudovun “Azərbaycan xalqının təşəkkülü prosesi necə saxtalaşdırılmışdır” və AMEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərovun “Qədim zamanlarda Azərbaycanda etnodil prosesləri” mövzusunda məruzə ilə çıxışları planlaşdırılır. 

4 elmi istiqamətdə təşkil olunacaq konfransa tezislərin qəbulu başa çatıb. 

Konfransın səhifəsinə keçid:
https://au.edu.az/az/confrances/azerbaycan-xalqinin-etnogenezi-ve-milli-kimlik-meselesi

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR