XƏBƏRLƏR

Rektor Səadət Əliyevanın həmmüəllifi olduğu dərs vəsaiti nəşr olunub

Rektor Səadət Əliyevanın həmmüəllifi olduğu dərs vəsaiti nəşr olunub

05 aprel 2021

Baxış sayı: 2237

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və professor Şahin Xəlillinin məqalələrdən və xalq lirikasına aid tərcümələrdən ibarət “Britaniya uşaq folkloru: Poeziya” adlı dərs vəsaiti nəşr olunub.

Dərs vəsaitində ayrı-ayrı ingilis və amerikan nəşrlərindən seçilmiş Britaniya uşaq şeirlərinin və nəğmələrinin orijinal mətnləri, onların ingilis dilindın Azərbaycan dilinə tərcümələri, eləcə də “Ana Qaz” adı ilə ədəbiyyat tarixində yaxşı tanınan əfsanəvi şairənin şeirləri və digər nəşrlər barədə elmi-ədəbi esselər, şərhlər təqdim edilib. Britaniya ədəbiyyatı tarixi, xüsusilə onun mühüm sahələrindən biri olan uşaq folkloru - poeziyası məsələləri araşdırılıb, şeirlərin təhlili verilib.  

“Britaniya uşaq folkloru: Poeziya” adlı dərs vəsaiti Respublikamızın ali məktəblərinin filologiya və təhsil fakültələrinin bakalavriat pilləsinin tələbələri üçün nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.04.2021


DİGƏR XƏBƏRLƏR