XƏBƏRLƏR

Azərbaycan Universiteti şəhid məzununun adına təqaüd təsis etdi

Azərbaycan Universiteti şəhid məzununun adına təqaüd təsis etdi

25 noyabr 2016

Baxış sayı: 4641

Azərbaycan Universiteti şəhid məzunu Fəxrəddin Qurbanlı adına təqaüd təsis edib. Elmi şura tərəfindən müəyyən edilmiş təqaüd şərtlərinə əsasən, Fəxrəddin Qurbanlı adına təqaüd birinci tədrisilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə veriləcək. Təqaüdün aylıq məbləği 125 manat təşkil edir.

Qeyd edək ki, 2016/2017-ci tədris ilində Azərbaycan Universitetinə ən yüksək balla qəbul olmuş tələbə Rüzigar Şirinovdur. Qəbul imtahanlarında 690 bal toplayan Rüzigar Şirinov Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli Maliyyə ixtisası üzrə I kurs tələbəsidir. Rüzigar Şirinov eyni zamanda prezident təqaüdçüsüdür. Payız semestrinin ortasında təsis olunması səbəbiylə tələbə təqaüddən istisna olaraq cari tədris ilinin ikinci semestrində (yaz semestri) faydalanacaq.

Qurbanlı Fəxrəddin Seyfəddin oğlu 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsindən üçüncülüklə məzun olub. Aprel ayında cəbhə xəttinin Tərtər istiqamətində şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
25.11.2016

DİGƏR XƏBƏRLƏR