XƏBƏRLƏR

Tələbə Gənclər Təşkilatına yeni sədr seçildi

Tələbə Gənclər Təşkilatına yeni sədr seçildi

06 noyabr 2018

Baxış sayı: 3797

Azərbaycan Universitetində Tələbə Gənclər Təşkilatının VIII hesabat konfransı keçirilib.

Konfransda Azərbaycan Universiteti rektorunun məsləhətçisi, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov çıxış edərək ötən dövr ərzində təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək yeni seçiləcək sədrə uğurlar arzulayıblar.

Çıxışlarda qeyd olunub ki, tələbə gənclər təşkilatlarının tarixi Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbəri Ramiz Mehdiyevin 2005-ci ildə imzaladığı “Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” sərəncamla başlayıb. Həmin sərəncamın ardından bütün ali təhsil müəssisələrində tələbə gənclər təşkilatlarının yaradılmasına başlanılıb. TGT-lərin əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

AU TGT-nin idarə heyətinin üzvləri arasında keçirilən gizli səsvermədə Biznes və iqtisadiyyat fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan III kurs tələbəsi Rövşən Saatov səs çoxluğu ilə təşkilatın yeni sədri seçilib. Rövşən Saatov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib və tələbələri TGT-nin işində fəal olmağa səsləyib.

İctimaiyyətlə əlaqələr şöbəsi
06.11.2018


DİGƏR XƏBƏRLƏR