XƏBƏRLƏR

Azərbaycan Universiteti tələbələrinin Rəngkarlıq Muzeyinə ekskursiyası davam edir

Azərbaycan Universiteti tələbələrinin Rəngkarlıq Muzeyinə ekskursiyası davam edir

19 dekabr 2019

Baxış sayı: 2849

Azərbaycan Universiteti tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Rəngkarlıq Muzeyində açılmış sərgilərə ekskursiyaları davam edir. Universitetin daha bir qrup tələbəsi “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgini ziyarət edib. Tələbələr qısa mühazirənin ardından sərgilənən əsərlərlə tanış olub, onlara verilən yaradıcı tapşırıqları yerinə yetirib, muzey bələdçisinə onları maraqlandıran sualları ünvanlayıblar.

Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan rəngkarlıq və qrafika əsərlərindən, eləcə də Milli Arxiv İdarəsində qorunan arxiv sənədləri və əlyazmalarından təşkil olunub. XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir.

Qeyd edək ki, ekskursiyalar payız semestrinin imtahan sessiyasının və qış tətilinin ardından ayda iki dəfə olmaqla tədris ilinin sonuna qədər davam edəcək.  

İctimaiyyətlə əlaqələr şöbəsi
19.12.2019

DİGƏR XƏBƏRLƏR