XƏBƏRLƏR

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

19 yanvar 2021

Baxış sayı: 2437

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən anım tədbirində  Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan mübarizə tarixinə nəzər salınıb, bu uğurda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsinin daim yaşayacağı bildirilib.

Universitetin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov 20 Yanvar şəhidlərinin Azərbaycan adlı ərazinin “Vətən” olması uğrunda canlarından keçdiklərini bildirib. Yusif Qasımov qeyd edib ki, Azərbaycanın müstəqilliyinin bərpasına gedən yolda dönüş nöqtəsi olan 20 Yanvar hadisələrindən təxminən il yarım sonra müstəqilliyini bərpa edərək dövlətçilik institutlarını formalaşdıran,  beynəlxalq münasibətlərin aktyoruna çevrilən, başda BMT olmaqla siyasi, iqtisadi, sosial-humanitar yönümlü beynəlxalq təşkilatlara üzv olan Azərbaycan 10 noyabr tarixinə qədər öz torpaqlarının hər qarışına və dövlət sərhəddinə tam nəzarət edə bilməyib. Onların uğrunda şəhid olduqların ideyaların həyata keçməsi,  Azərbaycanın ərazi bütövlüyünün təmini 44 günlük Vətən Müharibəsində ölkəmizin əldə etdiyi zəfərlə mümkün oldu. Bunları nəzərə alaraq artıq 20yanvar hadisələrinə yeni konteksdən yanaşılmalıdır.

İctimai elmlər kafedrasının müdiri, prof. Qabil Əliyev 1990-cı il 20 Yanvar hadisələrinə aparan yol və nəticələri haqqında məlumat verib. Maliyyə və iqtisadiyyat kafedrasının müdiri Nəriman Böyükkişi 20 Yanvar gecəsi ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirələrinin əbədiləşdirilməsinin əhəmiyyətindən danışıb.

Sosial iş ixtisası üzrə II kurs tələbəsi Aydan Hümbətova Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini səsləndirib.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.01.2021

DİGƏR XƏBƏRLƏR