XƏBƏRLƏR

Azərbaycan Universiteti 2022-ci ildə 3 elmi konfrans keçirəcək

Azərbaycan Universiteti 2022-ci ildə 3 elmi konfrans keçirəcək

12 yanvar 2022

Baxış sayı: 4208

Azərbaycan Universitetində 2022-ci ildə 2-si beynəlxalq, 1-i isə respublika miqyaslı olmaqla 3 elmi konfransın keçirilməsi nəzərdə tutulur.

15 aprel 2022-ci il tarixində keçiriləcək Gənc tədqiqatçıların V elmi konfransının məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaqdır. Gənc alim və tədqiqatçılar iqtisadiyyat, humanitar, sosial elmlər və ikt sahələri üzrə tezislərini  konfransa təqdim edə biləcəklər.

“Azərbaycan xalqının etnogenezi və milli kimlik məsələsi” beynəlxalq elmi konfransının 28 oktyabr 2022-ci il tarixində keçirilməsi planlaşdırılır. Konfransın müzakirə mövzuları “Azərbaycan xalqının etnogenezi Qafqaz regionunda etnik proseslər kontekstində”, “Filoloji düşüncə tərzində etnogenez problemləri”, “Etnogenez və identikliyin fəlsəfi aspektləri”, “Mədəniyyət və incəsənət abidələrimizdə milli kimlik məsələsi” olaraq müəyyənləşdirilib.

“İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” beynəlxalq konfransının isə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə 25 noyabr 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Bu il ikinci dəfə təşkil olunan konfransda “İnformasiya təhlükəsizliyinin əsas konseptual istiqamətləri”, “Kompüter sistemlərində informasiya təhlükəsizliyinin təmin olunmasının texnoloji aspektləri”, “İnformasiya sistemlərinin təhlükəsizliyinin proqram vasitələri”, “Kriptoqrafiya. Kriptoqrafiq alqoritmlər”, “Big data. Bulud texnologiyalarında təhlükəsizlik problemləri”, “Kompüter radio mühəndisliyi və informasiyanın texniki təhlükəsizliyi sistemləri”, “Kiber təhlükəsizlik”, “İnformasiyanın işlənməsinin avtomatlaşdırılması”, “İnformasiya kommunikasiya sistemlərinin təhlükəsizliyi”, “İnformasiya təhlükəsizliyinin idarəedilməsi” kimi mövzular müzakirə olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.01.2022

DİGƏR XƏBƏRLƏR