XƏBƏRLƏR

Azərbaycan Universitetində növbəti ənənəvi şahmat turniri keçirilib

Azərbaycan Universitetində növbəti ənənəvi şahmat turniri keçirilib

07 dekabr 2018

Baxış sayı: 3535

Bu gün Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VI Daxili Şahmat Turniri keçirilib. Dairəvi sistem üzrə keçirilən turnirdə bütün fakültə və ixtisaslar üzrə tələbələr iştirak edib.

Turnirin qalibi Biznes və iqtisadiyyat fakültəsinin Marketinq ixtisası üzrə təhsil alan I kurs tələbəsi Cavid Əhmədovdur. İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin Kompüter elmləri ixtisası üzrə IV kurs tələbəsi Niyaməddin Bondorenko II yeri, Biznes və iqtisadiyyat fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Nəzrin Əhmədzadə isə III yeri tutub.

Qaliblər kubok və diplomla mükafatlandırılıb.

Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədi ilə təşkil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
7.12.2018

DİGƏR XƏBƏRLƏR