XƏBƏRLƏR

Azərbaycan Universitetində antiplagiat proqramının təqdimatı keçirilib

Azərbaycan Universitetində  antiplagiat proqramının təqdimatı keçirilib

18 aprel 2018

Baxış sayı: 4651

Azərbaycan Universitetinin professor-müəllim heyəti üçün “Plagiat.pl” şirkətinin məhsulu olan “strikeplagiarism” antiplagiat sisteminin təqdimatı keçirilib. Təqdimatı şirkətin əməkdaşı Aygün Məmmədli aparıb.

Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açaraq bildirib  ki, elektronlaşma və internetdən istifadənin artması ilə intellektual mülkiyyət hüquqlarının və müəllif hüquqlarının qorunması məsələləri daha da aktuallaşıb. Prorektor məsələnin mənəvi və etik aspektləri, o cümlədən plagiatçılıqla mübarizə yolları haqqında məlumat verib.

Daha sonra tədbir iştirakçılarına “Plagiat.pl” şirkətinin fəaliyyəti və  proqramın işləmə mexanizmi haqqında məlumat verilib. Qeyd olunub ki, şirkət 2002-ci ildə Polşada yaranıb. Azərbaycanda 2015-ci ildə filial kimi fəaliyyətə başlayıb və ölkədə 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

İnternet üzərindən işləyən sistem  müxtəlif mətnlərdən köçürmələri və onların əsas mətnlə oxşarlıq dərəcəsini  aşkar etməyə imkan yaradır.

Tədbir iştirakçıların suallarının cavablandırılması və müzakirələrlə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.04.2018


DİGƏR XƏBƏRLƏR