XƏBƏRLƏR

Azərbaycan Universitetində “Bələdiyyə idarəçiliyi” mövzusunda təlim keçirilib

Azərbaycan Universitetində “Bələdiyyə idarəçiliyi” mövzusunda təlim keçirilib

14 dekabr 2018

Baxış sayı: 4486

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdərəçilik Akademiyasının baş müəllimi, Kənd təsərrüfatı elmləri namizədi İbrahimxəlil İbrahimov maarifləndirici təlim keçib.

Tədbiri Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov açaraq qonağı və mövzunu təqdim edib.

“Bələdiyyə idarəçiliyi” adlı mühazirə bələdiyyələrin tarixi, fəaliyyəti, strukturu və idarəçilik forması kimi mövzuları əhatə edib.

Tədbirdə qeyd olunub ki, Azərbayanda  1999-cu il 12 dekabr tarixində keçirilmiş ilk bələdiyyə seçkisində 2700 bələdiyyə formalaşsa da zamanla özünü doğrultmayan, ərazi və əhali sayı baxımından kiçik bələdiyyələrin birləşdirilməsi sayəsində hazırda 1607 bələdiyyə orqanı fəaliyyət göstərir.

Qonaq bələdiyyə üzvü və bələdiyyə qulluqçusu ifadələrinə də aydınlıq gətirib, onlar arasındakı fərqləri izah edib.

İbrahimxəlil İbrahimov 20-yə yaxın kitabını universitetin kitabxanasına hədiyyə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.12.2018

DİGƏR XƏBƏRLƏR