XƏBƏRLƏR

Azərbaycan Universitetində Beynəlxalq Ailə Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan Universitetində Beynəlxalq Ailə Gününə həsr olunmuş dəyirmi masa keçirilib

15 may 2019

Baxış sayı: 2904

Azərbaycan Universitetində “15 May - Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Millilik və müasirlik kontekstində ailə dəyərləri” mövzusunda dəyirmi masa keçirilib. Sosial işin təşkili kafedrasının baş müəllimi Tünzalə Verdiyevanın moderatorluğu ilə keçirilən tədbirdə “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, sosial iş sahəsində müstəqil ekspert Nəzakət Balabəyova, kafedranın müdiri Aygün Musayeva, kafedranın müəllimi  Züleyxa Nəcəfova və sosial iş ixtisası üzrə təhsil alan III və IV kurs tələbələri iştirak edib.

Dəyirmi masada əvvəlcə Beynəlxalq Ailə Gününün tarixi və əhəmiyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, 15 may BMT-nin qətnaməsi ilə dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Günün təsis olunmasında əsas məqsəd insanların diqqətini ailə problemlərinin həllinə və müzakirəsinə yönəltməkdir. Ölkəmizdə isə bu günün qeyd olunmasına 2008-ci ildən başlanıb.  

Tədbirdə ailə anlayışı, növləri, funksiyaları, ailə dəyərləri, ailə üzvlərinin hüquqları və öhdəlikləri, ailədə məsuliyyət və vəzifələr, ailə münasibətlərinin tənzimlənməsi, ailə institutunun formalaşmasında ənənənin rolu, ailə institutunun müasir problemləri kimi məsələlərə aydınlıq gətirilib, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi mövzusuna toxunulub, tələbələrin və ekspertlərin fikirləri dinlənilib, real keyslər əsasında mövzu ətrafında müzakirələr aparılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi
15.05.2019


DİGƏR XƏBƏRLƏR