XƏBƏRLƏR

Dilimizin linqvokulturoloji məsələlərinə həsr olunmuş tədbir

Dilimizin linqvokulturoloji məsələlərinə həsr olunmuş tədbir

14 dekabr 2017

Baxış sayı: 6417

Azərbaycan Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı və Humanitar fənlər fakültəsində təhsil alan tələbələrin iştirakı ilə “Dilimiz, mənəviyyatımız!” adlı tədbir keçirilib.  

Tədbirdə Azərbaycan dilçiliyinin formalaşmasında xidmətləri olan dilçi alimlər Ağamusa Axundov, Tofiq Hacıyev, Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Yusif Seyidov, Fərhad Zeynalov, Muxtar Hüseynzadə, Afad Qurbanov haqqında elmi məruzələr təqdim olunub, onların Azərbaycan dilçiliyi sahəsindəki xidmətləri işıqlandırılıb. Çıxışlarda bildirilib ki, Azərbaycan dilçilik elminin keçdiyi tarixi yolların öyrənilməsi, inkişaf mərhələlərinin təhlil olunmasına dilçi alimlərimizin böyük rolu olub.

Tədbirdə tələbələr tərəfindən “Dilimiz - varlığımız, mənəviyyatımızdır” kontekstində ana dilimizi linqvokulturoloji baxımdan təsvir edən şeirlər və mahnılar ifa olunub. Bəxtiyar Vahabzadənin “Mərziyə” poemasından bir parça, Tofiq Bayramın “Ana dilim” şeiri, Xəlil Rza Ulutürkün “Mənim dilim”, “Ana dilim, türk dili” şeirləri, “Ana dilimizi sevək və sevdirək” mahnısı, dilimizin tarixinə, saflığına, qorunmasına həsr olunmuş digər ifa və çıxışlar alqışlarla qarşılanıb. 

Tələbələr tədbirə kafedranın baş müəllimi Ülkər İbrahimovanın rəhbərliyində hazırlaşıblar.

Tədbirdə iştirak ediblər:

  • Jalə Əliyeva – Aparıcı (Filologiya, IV kurs)
  • Əsli Əbidova (Filologiya, II kurs)
  • Sarvan Əliyev (Filologiya, II kurs)
  • Aygül Quliyeva (Filologiya, IV kurs)
  • Ülviyyə Əhədova (Filologiya, IV kurs)
  • Nigar Hüseynova (Filologiya, IV kurs)
  • Könül İsayeva (Filologiya, II kurs)
  • Səidə Məmmədova (Filologiya, III kurs)
  • Dilarə Abdullayeva (Filologiya, IV kurs)
  • Nigar Hüseynova (Filologiya, IV kurs)
  • Ceyhunə Abbasova (Filologiya, IV kurs)
  • Könül Eminli (Filologiya, II kurs)
  • Ayan Əhmədova (Filologiya, II kurs)
  • Fəranə Mikayılova (Filologiya, II kurs)
  • Vəfa Axundova (Tərcümə, IV kurs)
  • Səkinə Hüseynova (Filologiya, II kurs)
  • Gülanə Atayeva (Filologiya, IVkurs)
  • Elşad Qasımlı (Filologiya, II kurs)

İctimaiyyətlə əlaqələr şöbəsi
14.12.2017


DİGƏR XƏBƏRLƏR