XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

12 dekabr 2016

Baxış sayı: 6845

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Daxili Şahmat Turniri keçirilib. Bu il dördüncüsü keçirilən turnirdə tələbələrlə yanaşı universitetin müəllim heyəti də iştirak edib.

Müsabiqədə Bisnes və iqtisadiyyat fakültəsinin müəllim və tələbə heyəti xüsusi fəallıq nümayiş etdirib. Belə ki, turnirin tələbələr arasında qalibi Maliyyə ixtisası üzrə təhsil alan III kurs tələbəsi Vüqar Məmmədov olub. İlqar İskəndərov (Menecment, IV kurs) II yeri, Hüseyn Cəbrayılov (Dövlət və bələdiyyə idarəetməsi, III kurs) III yeri tutub. Onların hər üçü Biznes və iqtisadiyyat fakültəsinin tələbəsidir. Fakültənin dekanı Vüsal Həsənov isə müəllimlər arasındakı yarışın qalibi olub.

Olimpiya sistemi ilə keçirilən və 4 saata yaxın davam edən gərgin və maraqlı yarışda bütün fakültə və ixtsaslar üzrə təhsil alan tələbələr iştirak edib. Qaliblər kubok və diplomla mükafatlandırılıb.

Ənənəvi turnirin məqsədi universitetdə təhsil alan iti zəka sahibləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşklinə töhvə verilməsidir.

Qalibləri təbrik edirik!

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
12.12.2016

DİGƏR XƏBƏRLƏR