XƏBƏRLƏR

Dövlət Bayrağı Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib

Dövlət Bayrağı Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib

07 noyabr 2018

Baxış sayı: 5086

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Müsabiqədə bütün fakültə və ixtisaslar üzrə təhsil alan tələbələr bayrağı tərənnüm edən şeirlər səsləndiriblər.

Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova tədbirin mahiyyəti haqqında məlumat verib. Elmi işlər üzrə prorektor Yusif Qasımov, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov, Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov tələbələrin təşəbbüslərinin rəhbərlik tərəfindən dəstəkləndiyini və yüksək qiymətləndirildiyini qeyd ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının keçdiyi tarixi yolla sıx bağlı olan Azərbaycan bayrağı dövlət rəmzi kimi 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 9 noyabr 1918-ci il tarixli iclasında qəbul olunub. Bir neçə gün sonra isə 1988-ci ildə Xalq Hərəkatının başlanması ilə bayrağımızın meydanlarda yenidən dalğalanmasının 30-cu ildönümü qeyd olunacaq.

Tədbir tələbələrin ifaları ilə davam edib.

Müsabiqənin qalibləri Əli Həsənov, Səfər Məmmədov, Ülviyyə Rəhimova, Yusif Novruzov və Hüseyn Hüseynlidən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

Günel İsaxanova (Sosial iş, IV kurs)  I yerə, Aytəkin Kərimova (Filologiya, I kurs) II yerə, Cahid Mustafayev (Tarix, III kurs ) isə III yerə layiq görülüblər.

Müsabiqənin qalibləri fəxri fərmanla mükafatlandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.11.2018


DİGƏR XƏBƏRLƏR