XƏBƏRLƏR

Azərbaycan Universitetində Dövlət Müstəqilliyi Günü qeyd olunub

Azərbaycan Universitetində Dövlət Müstəqilliyi Günü qeyd olunub

18 oktyabr 2019

Baxış sayı: 3133

Azərbaycan Universitetində 18 oktyabr - dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitet rəhbərliyi, professor-müəllim və tələbə heyətinin iştirak  etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında  Konstitusiya Aktının qəbul edilməsinin böyük tarixi hadisə olduğu bildirilib, bu tarixi hadisəni zəruriləşdirən xronikaya nəzər salınıb. Qeyd olunub ki, Konstitusiya Aktının qəbul edilməsi ilə  XX əsrdə ikinci dəfə öz müstəqilliyini əldə edən Azərbaycan Respublikası özünü  1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. AXC-nın bayrağı, gerbi, himni və İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü Respublika Günü kimi qəbul edilib.

Müstəqilliyin bərpası qədər onun qorunub saxlanılması, hazırki mərhələyə çatdırılması olduqca keşməkeşli proseslərdən keçib. Ölkəmiz müstəqilliyinin ilk illərində çətin sınaqlar, ağır çətinliklərlə üzləşib. Ümummilli lider Heydər Əliyev zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı ilə  dövlət müstəqilliyini real təhlükələrdən xilas edib, Azərbaycan möhkəm əsaslar üzərində yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət müstəqilliyimiz bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və çoxşaxəli siyasət nəticəsində daha da güclənir.

Tədbir konsert proqramı ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.10.2019


DİGƏR XƏBƏRLƏR