XƏBƏRLƏR

Azərbaycan Universitetində elmi fəaliyyətin dəyərləndirilməsinə dair iclas keçirilib

Azərbaycan Universitetində elmi fəaliyyətin dəyərləndirilməsinə dair iclas keçirilib

07 noyabr 2018

Baxış sayı: 3771

Azərbaycan Universitetində elmi fəaliyyətin və kafedralarda yerinə yetirilmiş elmi-tədqiqat işlərinin dəyərləndirilməsinə həsr olunmuş iclas keçirilib. Elm şöbəsinin təşkilatçılığı ilə keçirilən iclasda elmi işlər üzrə prorektor Yusif Qasımov, rektorun müşaviri, magistratura və doktorantura şöbəsinin müdiri Nüşabə Quliyeva, fakültə dekanları və kafedra müdirləri iştirak edib.

Tədbirdə Nazirlər Kabinetinin  qərarı ilə ötən il dekabrın 29-da tədqiqatyönümlü universitet statusu almaq üçün tələb olunan meyarların təsdiq olunduğu diqqətə çatdırılıb və aradan keçən vaxt ərzində Azərbaycan Universitetində bu istiqamətdə görülən işlər haqqında məlumat verilib.  Bildirilib ki, tədqiqatyönümlü ali təhsil müəssisəsi statusu almaq yolunda aparılmış səmərəli işlər ilkin nəticələrini verir.

İclasda iştirakçılara universitet əməkdaşlarının 2018-ci il üçün elmi hesabatlarının verilməsi qaydasındakı yeniliklər, elmi-pedaqoji fəaliyyətin dəyərləndirilməsi mexanizmləri və meyarları haqqında məlumat da çatdırılıb.

İclas universitetdə elmi fəaliyyətin təşklinə dair müzakirələrlə davam edib. Elmi işlər üzrə prorektor Yusif Qasımov və elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb, təkliflərini dinləyiblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.11.2018

DİGƏR XƏBƏRLƏR