XƏBƏRLƏR
Azərbaycan Universitetində iki dissertasiya işinin ilkin müzakirəsi keçirilib
Azərbaycan Universitetinin “Maliyyə və iqtisadiyyat” kafedrasının bu gün keçirilmiş açıq iclasında iki dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasa kafedranın müdiri, dosent Nəriman Böyükkişi sədrlik edib. Kafedra müdiri müzakirə iştirakçılarına namizədləri təqdim edib, onların elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.
İclasda Azərbaycan Universitetinin doktorantı Uğur Azad oğlu Babayevin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Tikinti sahəsində maliyyələşdirmənin prioritet istiqamətləri” mövzusunda dissertasiya işinin və Azərbaycan Universitetinin dissertantı Aqil Qədir oğlu Kərimovun iqtisad üzrə fəlsəfə doktoru elmi adı almaq üçün yerinə yetirdiyi “Bank sektorunun davamlı inkişafının təmin olunmasında risk menecmentinin rolu” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi olub.
Namizədlər işin aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, işin yeniliyi, tədqiqatın nəzəri və metodoloji bazası, eyni zamanda görülən işlər barədə məlumat verib, işin məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıblar. Daha sonra rəyçilərin irad və təklifləri dinlənilib.
Hər iki elmi işin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiə üçün tövsiyə olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
10.10.2017