XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələrinə “İT karyeranın inkişafı” mövzusunda seminar keçirilib

Azərbaycan Universitetinin tələbələrinə “İT karyeranın inkişafı”  mövzusunda seminar keçirilib

17 aprel 2017

Baxış sayı: 4487

"Elektron hökumət" portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Universitetinin tələbələrinə “İT karyeranın inkişafı və elektron hökümət həllərindən istifadə” mövzusunda seminar keçirilib.

Seminarı universitetin İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev açaraq qonaqları təqdim edib. Dekan bildirib ki, seminarın məqsədi gələcəyin mütəxəssislərinə İKT-nin perspektivi barədə məlumat vermək, İKT biliklərinin vacibliyinin aşılanması, həmçinin bu sahədə ölkədə baş verən yeniliklərin geniş tələbə kütləsinə çatdırılmasıdır.

Məruzəçilərdən Elektron Hökumət Təlim – Tədris Mərkəzinin direktoru Rauf Cabarov iştirakçıları mərkəzin fəaliyyəti ilə tanış edib. Mütəxəssis informasiya texnologiyaları və proqramlaşdırma ilə əlaqəli peşələr və sertifikat proqramları, mərkəzin infrastruktur imkanları və laboratoriyalar, qeydiyyat aparılan təlimlər, burada tətbiq ounan könüllülük proqramı haqqında ətraflı məlumat verib. Rauf Cabbabov təqdimatda müxtəlif ixtisaslarda təhsil alan tələbələrə İKT sahəsi üzrə biznes və karyera qurmaq imkanları ilə bağlı tövsiyələrini də çatdırıb.  

Seminarın ikinci hissəsində "Elektron hökumət" portalı barədə təqdimat nümayiş olunub. Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov elektron hökumət portalı və portaldan istifadə haqqında məlumat verib. Mütəxəssis elektron xidmətlərin üstünlükləri, portalı üzərindən təqdim olunan elektron xidmət və arayışlar, elektron imza kimi məlumatları diqqətə çatdırıb.

Məlumatlandırıcı sessiyadan sonra "Elektron hökumət" portalında tələbə və müəllim heyətinə ən çox istifadə olunan xidmətlər test olunub. Seminar sual-cavab və müzakirələrlə davam etdirilib.

 

Sonda Elektron Hökumət Təlim – Tədris Mərkəzinin apardığı sorğunun iştirakçıları arasından bir nəfər tələbə seçilib və “Elektron imza” tokeni ilə mükafatlandırılıb. Şanslı iştirakçı Biznes və iqtisadiyyat fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan I kurs tələbəsi Habil Bəhrəm olub.

Seminarda universitetin bir qrup müəllim kollektivi və informasiya texnologiyaları sahəsinə marağı olan tələbələr iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.04.2017

DİGƏR XƏBƏRLƏR